Tarixi Muzeyi Avstriya universiteti ilə memorandum imzalayacaq
Akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi muzeyin elmi fəaliyyəti, fondları haqında ətraflı məlumat verib.
Qonaqlar muzeyin Şərq zalı və orada gedən bərpa işləri ilə tanış olublar. Muzeyin zəngin fondları, kolleksiyası qonaqların marağına səbəb olub. Onlar bir neçə gün muzeyin Sənədli mənbələr və Neqativ fondunda araşdırma aparmaq istədiklərini bildiriblər. Tədqiqatın məqsədi muzeydə qorunan fotomaterial və digər sənədli materialların sistemli şəkildə daha peşəkar təhlil olunmasıdır.
Qeyd edək ki, Avstriya Karol və Frans adına Qrats Universiteti və Milli Azərbaycan Tarixi Muzeyi arasında memorandum imzalanacaq. Memorandumun əsas məqsədi beynəlxalq əlaqələrin inkişafı və elmi biliklərin mübadiləsindən ibarətdir.
Azvision.az
Teqlər: TarixMuzeyi