Su polisi 4 kiloqram narkotik vasitə aşkarladı
Qeyd edək ki, E.Abdullayev tiryəki əldə edəndən sonra yaşadığı evə aparmayaraq, dəniz kənarında gizlədib. O, narkotik vasitənin başqalarının əlinə keçməməsi üçün mütəmadi olaraq yerini dəyişdirirmiş. Sonuncu dəfə E.Abdullayev tiryəkin yerini dəyişdirən zaman su polisləri tərəfindən saxlanılaraq istintaqa təqdim edilib: “Özüm də bunun istifadəçisiyəm. Evimdə saxlamırdım. Qorxurdum, buna görə gizlədirdim. Nə vaxt lazım oldu götürüb istifadə edirdim”.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Azvision.az
Teqlər: Supolisi