“Azəriqaz” 3 rayonda təmir işlərini təxirə saldı

  17 Avqust 2019    Oxunub : 899
“Azəriqaz” 3 rayonda təmir işlərini təxirə saldı
Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb.
Bu barədə Azvision.az -a “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, qaz təchizatında hər hansı məhdudiyyət olmayacaq.

Azvision.az

Teqlər: Azəriqaz   Qaz