Polis qanunsuz küçə ticarətinin qarşısını alıb

  12 Avqust 2019    Oxunub : 630
Polis qanunsuz küçə ticarətinin qarşısını alıb
Bakıda bəzi küçə və prospektlərdə, eləcə də metro çıxışları qarşısında qanunsuz küçə ticarətinin qarşısı alınıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin Azvision.az -a verdiyi məlumata görə, paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər diqqət mərkəzindədir:

"Paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

Azvision.az

Teqlər: