Neftçalada yol qəzası, 7 nəfər yaralanıb

  10 İyul 2019    Oxunub : 1428
 Neftçalada yol qəzası, 7 nəfər yaralanıb
Neftçala rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Bankə qəsəbəsinin sakinləri, “Mersedes”in sürücüsü 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu, 1985-ci il təvəllüdlü Əmirov Əfqan Mirabdulla oğlu, 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu, 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu, 1985-ci il təvəllüdlü Ağasıyev Tahir Əflatun oğlu, 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu, 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğludur.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Neftçala   qəza