Azərbaycanda 15 milyardlıq alış-veriş

Azərbaycanda 15 milyardlıq alış-veriş
  30 Noyabr 2013    Oxunub:1443
Ölkəmizdə cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 15,6 milyard manatlıq və ya keçən ilin on ayı ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, satılmış istehlak mallarının 51,8 faizini ərzaq, 48,2 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4 faiz artıb.

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 2 milyon manat təşkil edib. Bunun 83,9 faizi hüquqi, 16,1 faizi fiziki şəxslərin payına düşüb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib.


Teqlər:  





Xəbər lenti