Sarkisyan Vilnüsdə Qarabağdan danışdı

Sarkisyan Vilnüsdə Qarabağdan danışdı
  29 Noyabr 2013    Oxunub:1063
Ermənistan prezidenti Serj Sarkisyan Vilnüsdə Avropa Xalq Partiyasının təşəbbüsü ilə keçirilən “ Şərq tərəfdaşlığı Sammitində çıxış edib.

Çıxışında Şərq tərəfdaşlığının 5 illik tarixindən və Qurumla Ermənistan arasındakı əlaqələrdən ağızdolusu bəhs edən Serj Sarkisyan guya qonşu ölkələrlə problemlərin tezliklə həllinin tərəfdarı olduğunu bildirib.

“Avropa dəyərlərini qəbul etmək Türkiyəni də öz keçmişi ilə barışmağına kömək edəcək, buna inanıram” deyən Sarkisyan bu dəfə də “soyqırımı”iddialarını ortaya qoyub. Özünü günahsız məzlum kimi göstərərək Türkiyədən Avropaya şikayət edib:
- Bu gün minlərlə türk “erməni soyqırımı”nı pisləyir və bizə qurbanlarımızın xatirəsini yad etməyə imkan vermirlər. “ İnanıram ki, Erməni soyqırımının” 100 illiyi ərəfəsində Türkiyə soyqırımı danma siyasətindən əl çəkəcək. Avropaya inteqrasiyasını davam etdirmək üçün Türkiyə Avropaya aparan sonuncu qapını- Ermənistanla sərhədləri açmalı və Ermənistanla diplomatik əlaqələr qurmalıdır. Biz bir tərəfdaş kimi Avropa İttifaqına üzv ölkələrdən Türkiyə tərəfini bu addımı atmağa, yəni Ermənistanla blokadanı aradan qaldırmağa sövq etməyə çağırırıq. Biz tərəfdaşlarımızdan bunu gözləyirik.

Serj Sarkisyan Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

“ Bir neçə gün əvvəl, Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vaitəçiliyi ilə iki illik fasilədən sonra Ermənistanla Azərbaycan prezidentlərinin görüşü baş tutdu. Danışıqların nəticələrini açıqlamağın hələ çox tez olmasına baxmayaraq , deyə bilərəm ki, görüş özlüyündə pozitiv keçdi. Qeyd etmək vacibdir ki, əslində danışıqların uğurla nəticələnməsi hər iki tərəfin biri-birinə qarşı mənfi ritorikanı və təmas xəttində gərginliyi azaltmasından asılıdır.

Əslində təmas xəttində atəşkəs rejimini hər gün pozan Ermənistan tərəfinin prezidentinin “Ermənistan və “Dağlıq Qarabağ” vəziyyəti gərginləşdirəcək addımlar atmaqdan, bəyanatlar səsləndirməkdən çəkinir” deməsi onun növbəti yalanını üzə çıxarır.

Ermənistanla yanaşı Qondarma Qarabağın adından da çıxış edən Sarkisyanın sözlərinə guya hər ikisi “demokratiya , insan haqları, azad iqtisadi mübarizə, söz azadlığına əsaslanan dövlət qurmağa başlayıb”.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti