Yeni neft quyusu istismara verildi

Yeni neft quyusu istismara verildi
  28 Noyabr 2013    Oxunub:1223
"Günəşli" yatağında yeni quyu istismara verildi.
"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyu qazmadan sonra istismara verilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 3761-3725 metr intervaldan sutkalıq 2 ton kondensat və 70 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.



Teqlər:





Xəbər lenti