Yararsızları məhv edildi

  11 Mart 2013    Oxunub : 383
Yararsızları məhv edildi
110 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, monitorinqlər zamanı Suraxanı, Gəncə, Ağdaş, Lənkəranda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı 110 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.

Teqlər: