Qadın güləşçilərimiz mübarizəyə başlayır

Qadın güləşçilərimiz mübarizəyə başlayır
  27 İyun 2019    Oxunub:1920
Bu gün ikinci Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Azvision.az xəbər veirr ki, Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Həmçinin, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.

65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev Bakı vaxtı ilə saat 19:50 radələrində Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. 97 kq çəki dərəcəsində isə Nurməhəmməd Hacıyev Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə güləşəcək. Bu mübarizənin isə saat 20:40 radələrində olacağı bildirilir.

Bu gün Azərbaycan idmançıları stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan İkinci Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada yer alır.

Azvision.az



Teqlər: Qadın   Güləşçi  





Xəbər lenti