Birinci vitse-prezident Şirməmməd Hüseynovun hüzr mərasimində

  25 İyun 2019    Oxunub : 3069
 Birinci vitse-prezident Şirməmməd Hüseynovun hüzr mərasimində
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.



Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Şirməmməd-Hüseynov