Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - STATİSTİKA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - STATİSTİKA
  28 Noyabr 2013    Oxunub:1248
Azərbaycanda yaşı yüzdən çox olan insanların rəsmi sayı açıqlanıb.

2013-ci ilin sentyabr ayına olan statistik məlumata görə, ölkəmizdə yaşı 100-dən yuxarı olan insanların sayı 838 nəfərdir. Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Statistikaya əsasən, onlardan 814-ü qadın, 24-ü isə kişidir.
Bu isə Azərbaycanda qadınların kişilərə nisbətən daha çox yaşadığını göstərir.

Təsadüfi deyil ki, builki prezident seçkilərində də ən yaşlı seçici məhz qadın olub. Həmin seçici 89 saylı Göyçay-Ağdaş seçki dairəsi ərazisində yaşayan 124 yaşlı Dadaşova Gözəl Əmir qızı idi.

Qeyd edək ki, ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanda yaşı 100-dən yuxarı olan insanların sayı 985 nəfər təşkil edib. Ölkə üzrə orta yaş həddi 2007-2011-ci il üzrə əhalinin ortalama yaş həddi 31 yaş olub. Bu yaş həddi kişilərdə 30, qadınlarda 32 olub. 2009-cu ildə orta yaş həddi əhali üzrə 32, kişilərdə 30, qadınlarda 33, 2010-cu ildə bu yaş həddi 32, kişilərdə 31, qadınlarda 33, 2011-ci ildə isə orta yaş həddi 32, kişilərdə 31, qadınlarda 33 yaş olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti