ABŞ-dan İrana xəbərdarlıq: “Güc yolu ilə cavab veriləcək”

  19 İyun 2019    Oxunub : 799
 ABŞ-dan İrana xəbərdarlıq: “Güc yolu ilə cavab veriləcək”
ABŞ-ın dövlət katibi Mayk Pompeo amerikalı hərbçilərin ölüm təhlükəsi ilə bağlı şəxsən Tehrana xəbərdarlıq edib.
Azvision.az "The Washington Post"-a istinadən xəbər verir ki, Tehranın və onun tərəfdaşlarının Amerika hərbçisinin ölümünüə səbəb olacaq addımlarına güc yolu ilə cavab veriləcək.

Qəzet bildirir ki, Pompeo bu bəyanatını hələ mayda İraqa səfəri zamanı səsləndirib. Belə bir bəyanata səbəb İranın və onun tərəfdaşlarının amerikalı əsgərlərə qarşı regionda fəallaşması barədə kəşfiyyatın əldə etdiyi məlumatlar olub.

Xatırladaq ki, iyunun 18-də ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanaxan Yaxın Şərqə min əsgərin göndərilməsinə dair qərarı təsdiqləyib. Bu addım Oman körfəzində neft tankerlərinə hücum edilməsində ABŞ-ın İrana qarşı irəli sürdüyü ittihamlarla əlaqədardır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: