Azərbaycanda bir ilin ölüm statistikası - Kişilərin sayı daha çoxdur

  11 İyun 2019    Oxunub : 1322
 Azərbaycanda bir ilin ölüm statistikası - Kişilərin sayı daha çoxdur
Ötən il Azərbaycanda 57 min 250 insan dünyasını dəyişib. Bunlardan 30643 nəfəri kişi, 26607 nəfəri isə qadındır.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2018-ci ildə 1547 körpə ölümü olub.
"1-4 yaş aralığında 278, 5-9 yaş aralığında 213 uşaq dünyasını dəyişib. Həmçinin ötən il dünyasını dəyişənlərdən 213 nəfəri 10-14 yaş, 304 nəfəri 15-19 yaş aralığındadır. Ölkədə 50-54 yaş aralığında 3304 nəfər, 55-59 yaş aralığında 5158 nəfər, 60-64 yaş aralığında 6056 nəfər, 65-69 yaş aralığında 5877, 70-74 yaş aralığında 4211 nəfər, 75-79 yaş aralığında isə 7182 nəfər bir ildə həyatını itirib". - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycanda 80 yaşdan yuxarı dünyasını dəyişənlərin sayı ötən il 17282 nəfər olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ölüm   Statistika