Kosovo da TAP-a qoşulur
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Kosovanın alban hakimiyyətinin xarici işlər naziri Ənvər Hocay Albaniyanın "Top Channel" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Brüsseldə keçirilmiş danışıqlarda Kosovanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsinə qoşulması imkanı müzakirə edilib: "Kosova hakimiyyəti məhz bu layihəyə maraq göstərir".
Qeyd edək ki, TAP "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur.