ADNA: “Hicablı tələbələr universitetdən xaric olunur”

ADNA: “Hicablı tələbələr universitetdən xaric olunur”
  11 Mart 2013    Oxunub:7357
Qızlar hicab taxmamalı, oğlanlar isə saqqal saxlamamalıdır
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) hicab qalmaqalı davam edir. Belə ki, martın 6-da universitet rəhbərliyinin hicablı tələbəni dərsə buraxmaması ictimaiyyətdə böyük səs-küyə səbəb oldu. AzVision.az məsələyə aydınlıq gətirmək üçün ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədovla əlaqə saxlayıb. Prorektor bizimlə söhbətdə faktı təsdiqləyib və bunun səbəbini izah edib.

“Universitetin daxili intizam qaydaları var. Tələbələr bunlara riayət etməlidir. Qəbul olunmuş qaydaya görə, tələbənin geyimi sadə, müasir, rahat, dünyəvi, dini ifratçılıqdan uzaq olmalıdır. Qızlar hicab taxmamalı, oğlanlar isə saqqal saxlamalıdır. Bu qayda Universitetin Elmi Şurası tərəfindən 25 may 2011-ci ildə təsdiq olunub”.

Q.Məmmədovun sözlərinə görə, bununla bağlı universitet daxilində təbliğat işləri aparılır. “Bunun da nəticəsində bir çox tələbə hicabı açdı, oğlanlar saqqal saxlamalıdır. Amma bir neçə nəfər var ki, onlar ifratçılığa yol verirlər. Daxili nizam intizam qaydalarını pozurlar. Belə olan halda, həmin tələbələr dərsə buraxılmır. Boloniya sisteminə görə də, əgər tələbənin buraxdığı dərslər 30% olarsa, həmin tələbə universitetdən kənar edilir”.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti