İrandan narkotik gətirən şəxs Astarada tutuldu

İrandan narkotik gətirən şəxs Astarada tutuldu
  31 May 2019    Oxunub:2109
Ölkəmizə narkotik vasitənin gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı onun üzərindəki qara rəngli şalvarın sağ balaca cibində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü 1 ədəd büküm və 1 ədəd bağlamada, ümumi çəkisi 18,48 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti