Fermerlərə subsidiya verilməsi qaydaları dəyişdirilir

  27 May 2019    Oxunub : 696
 Fermerlərə subsidiya verilməsi qaydaları dəyişdirilir
"Kənd Təsərrüfatı Nazirliyi sertifikatlı toxum əkən fermerlərə subsidiya verəcək".
Azvision.az xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, nazirliyin subsidiya qaydalarında dəyişiklik etməsi gözlənilir:"Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır. Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə "Super elit Krosnadar 99" toxumundan yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə yüksək məhsuldarlıq əldə edilib".

V. Hüseynov vurğulayıb ki, nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Toxum   Subsidiya