Güclü külək Şəkidə ağacları aşırdı - FOTOLAR

  Güclü külək Şəkidə ağacları aşırdı -  FOTOLAR
  25 May 2019    Oxunub:4255
Şəki şəhərində müşahidə edilən güclü külək bir sıra fəsadlar törədib. Belə ki, şəhər ərazisində ağacın aşması nəticəsində hasara və evin çardağına ciddi ziyan dəyib.
Azvision.az xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə küçəsi, ev 333B ünvanında baş verib.

Şəki şəhər icra nümayəndəsi Rasim Həsənov hadisə zamanı evdə heç kimin olmadığını bildirib.



"Hadisə nəticəsində evin hasarına, çardağa, qaz xəttinə, elektrik xəttinə ziyan dəyib. Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt qeydə alınmayıb. Ən ağır bu hadisədir. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".



R.Həsənov qeyd edib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədir, hadisənin fəsadları aradan qaldırılır.







Aytən Zəhra
Azvision.az


Teqlər: Şəki  





Xəbər lenti