Hava pisləşdi, “Azərişıq” gücləndirilmiş rejimə keçdi

  24 May 2019    Oxunub : 982
 Hava pisləşdi, “Azərişıq” gücləndirilmiş rejimə keçdi
“Azərişıq” ASC Mərkəzi Aran regionlarında güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür.
Azvision.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, TərtərBərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

“Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, - deyə qurum rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Azərişıq