Azərbaycan nümayəndə heyəti Tehranda

Azərbaycan nümayəndə heyəti Tehranda
  24 Noyabr 2013    Oxunub:1164
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq TəşkilatınınTehranda işə başlayan iclasında təmsil olunur.
Xəbər verdiyimiz kimi noyabrın 26-da Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) Nazirləri Şurasının XXI iclası işə başlayacaq. İclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu gün Tehranın “Azadi” otelində İƏT-nın Nazirlər Şurasının XXI iclasına hazırlıq məqsədi ilə üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin iclası işə başlayıb.

İki gün davam edəcək iclasda İƏT-nın Baş katibi hesabat məruzəsi ilə çıxış edəcək, təşkilatın Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsi razılaşdırılacaq, nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-1013-cü illərdə görülən işlərə nəzər yetiriləcək, İƏT-in layihə və proqramlarının icra vəziyyəti dəyərləndiriləcək, 2014-cü ilə dair iş proqramında əksini tapan təkliflərə dair qərarlar qəbul ediləcək.

Nazirləri Şurasında qəbul ediləcəyi nəzərdə tutulan Kommunikenin mətni hazırlanacaq.


Teqlər:





Xəbər lenti