Oqtay Əsədov Zelenskinin andiçməsində iştirak edəcək

  18 May 2019    Oxunub : 2159
 Oqtay Əsədov Zelenskinin andiçməsində iştirak edəcək
Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenko öz “Twitter” səhifəsində məlumat verib.

Zelenskinin andiçmə mərasiminə həmçinin Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılacaq.

Azvision.az

Teqlər: