Şahzadə öldü

  11 Mart 2013    Oxunub : 324
Şahzadə öldü
İsveç şahzadəsi Lilian Bertil vəfat edib.
97 yaşlı şahzadə Stokholmda dünyasını dəyişib.
Lilian Devis 1915-ci ildə Uelsdə anadan olub. 16 yaşında təhsil almaq, model və aktrisa olmaq niyyəti ilə Londona gəlib. Orada 1943-cü ildə gələcək həyat yoldaşı aktyor İvan Kreyqlə tanış olub. 1945-ci ildə ondan ayrılıb. Bertilin böyük qardaşı Qustav Adolf avtomobil qəzasında dünyasını dəyişəndən sonra o, taxtaca yiyələnib. Lilian və Bertil 33 il gizli birlikdəlikdən sonra 1976-cı ildə ailə qururlar. Onların övladı olmayıb. Şahzədə Bertil 1997-ci ildə 84 yaşında vəfat edib. 2000-ci ildə Lilian Bertil “Mənim Bertillə həyatım” adlı xatirə kitabını yazıb.

Teqlər: