“Yeni sədr siyasətimizi davam etdirəcək” - EKSKLÜZİV

“Yeni sədr siyasətimizi davam etdirəcək” - EKSKLÜZİV
  22 Noyabr 2013    Oxunub:1659
“Siyasətimizə də, prezidentimizə də sadiq adamlardan biridir”

Milli Məclisin bugünkü iclasında Hesablama Palatasına yeni sədr seçilib. Parlamentin qərarı ilə Hesablama Palatasının şöbə müdiri Vüqar Gülməmmədov Heydər Əsədovun keçmiş postuna təyinat alıb.

Qurumun sabiq sədri, kənd təsərrüfatı naziri Heydər Əsədov Vüqar Gülməmmədovun təyinatı ilə bağlı təəssüratlarını eksklüziv olaraq AzVision.az-la bölüşüb.

Nazir keçmiş işçisinin sədr seçilməsinə sevindiyini bildirib.

“O, həm orta məktəbi, həm də universiteti qızıl medalla bitirib. Xəzinədarlığın yaranmasında mühüm rol oynayan insanlardan biridir. Maliyyə nəzarətində də çox böyük xidmətləri var. Siyasətimizə də, cənab Prezidentimizə də sadiq adamlardan biridir. Yəqin ki, bizim siyasəti davam etdirəcək. Hesab edirəm ki, orada qurulmuş sistemin inkişaf etdirilməsində onun töhfələri olacaq.

Qeyd edək ki, Heydər Əsədov nazir təyin olunmazdan əvvəl öncə Hesablama Palatasının sədri vəzifəsini tuturdu.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti