7 qızıl medal aldıq

7 qızıl medal aldıq
  11 Mart 2013    Oxunub:1590
Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri başa çatıb
Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan idmançıları yarışda 7 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olublar.

Finala vəsiqə qazanan 10 boksçumuzdan 7-si öz döyüşünü qələbə ilə başa vurub. Avropa çempionu Salman Əlizadə (49 kq) finalda rusiyalı Bator Saqaluyevdən üstün olub – 15:8. 2010-cu ilin qitə çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə Özbəkistan komandasının liderlərindən olan Şaxobiddin Zoirovu məğlub edib – 14:8. 56 kq çəki dərəcəsində finalda milli komandamızın iki üzvü – Samir Məmmədovla İlkin Ağayev üz-üzə gəlib. Son Azərbaycan çempionatının finalında olduğu kimi yenə də Məmmədov rinqi qələbə ilə tərk edib – 10:4.

Gənclər arasında Avropa çempionu Rauf Rəhimovun (81 kq) final döyüşü çətin keçib. Boksçumuz güclü Özbəkistan nümayəndəsi Boburbek Yoldaşevi 1 xal fərqlə məğlub edib – 14:13. Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq) final döyüşünə çıxmadan yarışın qalibi olub. Onun rəqibi ukraynalı Aleksandr Babiç həlledici görüşə çıxmaqdan imtina edib.

49 kq
Salman Əlizadə (Azərbaycan) 15:8 Bator Saqaluyev (Rusiya)

52 kq
Elvin Məmişzadə (Azərbaycan) 14:8 Şaxobiddin Zoirov (Özbəkistan)

56 kq
Samir Məmmədov (Azərbaycan) 10:4 İlkin Ağayev (Azərbaycan)

60 kq
Elnur Əliyev (Azərbaycan) 12:11 Maksim Şmıqlov (Rusiya)

64 kq
Heybətulla Hacəliyev (Azərbaycan) 14:8 Janibek Ajibay (Qazaxıstan)

69 kq
Boqdan Şelestyuk (Ukrayna) – Madiyar Askeyev (Qazaxıstan) Askeyev döyüşə çıxmayıb

75 kq
Nurdavlet Jarmanov (Qazaxıstan) – Eldar Quliyev (Qazaxıstan) Jarmanov tam üstünlüklə qalib gəlib

81 kq
Rauf Rəhimov (Azərbaycan) 14:13 Boburbek Yoldaşev (Özbəkistan)

91 kq
Toğrul İsayev (Azərbaycan) – Mansur Sardalov (Rusiya) Sardalov tam üstünlüklə qalib gəlib

+91 kq
Aleksandr Babiç (Ukrayna) – Məhəmmədrəsul Məcidov (Azərbaycan) Babiç döyüşə çıxmayıb


Teqlər:





Xəbər lenti