`Windows Phone` Azərbaycanda uduzur

`Windows Phone` Azərbaycanda uduzur
  21 Noyabr 2013    Oxunub:1141
Azərbaycanın mobil qurğular və smartfonlar bazarına gələn il “Microsoft” şirkətinin yeni smartfonları təqdim ediləcək.
Hazırda yerli bazarda “Microsoft”un buraxdığı “Windows Phone” istifadəçilərinin sayı ümumi smartfon bazarının 10 faizini təşkil edir.

2013-cü ilin iyul-sentyabr aylarında “Windows Phone” mobil əməliyyat sistemi Avropa ölkələrində mövqeyini gücləndirmişdir. “Microsoft”un platforması İtaliyada “iOS” platformasını ötməyə müvəffəq olmuşdur. Analitiklərin sözlərinə görə, “Windows Phone” mobil əməliyyat sisteminin uğur qazanması “Nokia” məhsullarının satış həcminin yaxşı olması ilə bağlıdır.


Teqlər:





Xəbər lenti