Azərbaycan Burundi qaçqınlarına yardım edib

   Azərbaycan Burundi qaçqınlarına yardım edib
  22 Aprel 2019    Oxunub:2103
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

Qeyd edək ki, BMTQAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlamış, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.

Azvision.az




Teqlər: Prezident   İlham-Əliyev   Brundi   Qaçqın   BMT  





Xəbər lenti