Qadınlar üçün bank açıldı

Qadınlar üçün bank açıldı
  20 Noyabr 2013    Oxunub:1139
Bankın müştəriləri və əməkdaşları qadın olacaq
Hindistanın Munbayi şəhərində qadınlar üçün ilk dəfə bank açılıb. Açılış mərasimində Hindistanın baş naziri Manmohan Sinqx, konqresin prezidenti Sonya Qandi və Maliyyə naziri də iştirak edib. Bankın müştəriləri və əməkdaşları qadın olacaq. Bankın əsas məqsədlərindən biri, qadınların bank ehtiyaclarını ödəmək, onlara ölkənin iqtisadi inkişafına koməklik göstərməsi üçün şərait yaratmaqdır. Artıq bankın 8 qadın üzvü var.
Bankın digər filialları Kəlküttə, Benqaluru və Əhmədabadda bu gün açılacaq. Həmin filialların açılışı mərhum Baş nazir İndira Qandinin yubileyi ilə üst üstə düşür.
Qeyd edək ki, 2014 –cü ilin mart ayına qədər 25 belə filialın açılması barədə məlumat verilib.


Teqlər:  





Xəbər lenti