Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Azərbaycan-ABŞ biznes forumu keçiriləcək
  19 Noyabr 2013    Oxunub:1045
Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.
AzVision.az xəbər verir ki, 2013-cü il noyabrın 25-də ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin Azərbaycana ticarət missiyası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.

AZPROMO-dan Trend-ə verilən məlumata görə, biznes foruma kimya sənayesi, energetika, əczacılıq, alternativ və bərpa olunan enerji sektorlarından 15-dən artıq ABŞ iş adamının qatılacağı gözlənilir.

Tədbirlə bağlı əlavə məlumat almaq istəyənlər əlaqəli şəxs- Ramin Vəliyevlə əlaqə saxlaya bilərlər: tel.: 012 5980147/48 və ya 4371142, daxili: 123, 108, 120; e-mail: [email protected]


Teqlər:





Xəbər lenti