Sumqayıtın bir hissəsində işıq olmayacaq

Sumqayıtın bir hissəsində işıq olmayacaq
  25 Mart 2019    Oxunub:1556
Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Azvision.az -a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Bildirib ki, fasiləyə səbəb Sumqayıt Dəmiryol İdarəsinin tunel çəkilişi ilə bağlı işlərə başlamasıdır:

"Sumqayıt Dəmiryol İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xətləri köçürülməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq".

T.Mustafayev qeyd edib ki, fasilə müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək: "Azərişıq" ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir".

Azvision.az



Teqlər: Azərişıq   Sumqayıt  





Xəbər lenti