Bakıda ikimərtəbəli ev yanıb

Bakıda ikimərtəbəli ev yanıb
  25 Mart 2019    Oxunub:1686
Nəsimi rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 345 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 115 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti