Prezident iraqlı həmkarına başsağlığı verib

  Prezident iraqlı həmkarına başsağlığı verib
  23 Mart 2019    Oxunub:2201
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu göndərib.
Azvision.az -ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Azvision.az


Teqlər: İraq   İlham-Əliyev  





Xəbər lenti