Hər bir sərnişinə 96 işçi xidmət göstərir

Hər bir sərnişinə 96 işçi xidmət göstərir
  17 Noyabr 2013    Oxunub:1368
Bakı-London aviareysinin hər bir sərnişininə 96 işçi xidmət göstərir.
“Uçuş üçün. Xidmət üçün” kampaniyası ilə paralel olaraq, “British Airways” aviaşirkəti Bakıdan Londona uçan sərnişinlərin hər birinə bir neçə əməkdaşın xidmət göstərdiyini hesablayıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, aviaşirkətdən bildiriblər ki, hesablamalara görə hər bir sərnişinə 18 müxtəlif departamentdən 96 işçi və 11 xarici təchizatçı xidmət göstərir. Premium sinif sərnişinlərinin hər birinə isə 107 işçiyədək xidmət göstərilir.

Sözügedən prosesə təyyarə salonunda tez yerləşdirmə, istirahət zonasından istifadə, şəxsi qarşılama və s. daxildir.

Tədqiqatın nəticələrinə görə, “British Airways” şirkəti sərnişinlərə Böyük Britaniya, ABŞ və Kanadaya səyahətlər üçün xüsusi tarifini təklif edir. Xüsusi tariflərdən noyabrın 26-dək yararlanmaq olar. Uçuşlar isə 2014-cü il iyulun 31-dək yerinə yetirilməlidir. “World Traveller” sinfinə bir aviabiletin qiyməti 476 avrodan, “Club World” sinfinə isə bir biletin qiyməti 767 avrodan başlayır.

“British Airways” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib ki, əsas məqsəd müştərilərin rahatlığının təminidir.

“Tədqiqat bizə uçuşların fasiləsiz prosesində hər bir işçinin real iştirakını göstərib. Qoşma araba sürücülərindən trapa xidmət göstərənlərədək, dispetçerlərdən təyyarə aşpazlarınadək – sizi A məntəqəsindən B məntəqəsinə ehtimal etdiyinizdən də artıq insan çatdırır”, - deyə “British Airways” şirkətinin marketinq şöbəsinin rəhbəri xanım Abiqael Komber qeyd edib.

Orta hesabla, təyyarənin göyərtəsində kabina ekipajı, kapitanlar və baş zabitlər də daxil olmaqla sərnişinləri 16 nəfərdən ibarət komanda müşayiət edir. Daha 19 nəfər isə avialaynerin uğurlu enməsini təmin edir.


Teqlər:





Xəbər lenti