Azərbaycan-İran sərhədində yeni gərginlik
Maraqlıdır ki, hər iki tərəfə sərbəst keçən İrana məxsus yük avtomobillərinin əksəriyyətinin yükü 30 tondan yuxarı olasa da, onların keçidində heç bir məhdudiyyətlər yoxdur. Sürücülər deyirlər ki, qarşı tərəfə keçən yerli avtomobillərindəki yüklərin çəkisinin azladılması onların xərclərinin çoxalmasına, gəlirlərinin isə azlmasına səbəb olacaq.
Sərhəddən buraxılmayan bəzi yük avtomobil sürücüləri Biləsuvar sərhəd keçid məntəqəsində 30 tondan artıq olan yüklərini digər avtomobillərə boşaltmağa başlayıblar.
Qarşı tərəfdən gələn sürücülərin sözlərinə görə, dünən Biləsuvardan buraxılmış əksər yük avtomobilləri Culfa sərhəd keçid məntəqəsində saxlanıb. Sürücülərdən geri qayıdarıq yüklərinin çəkisinin azltmaları tələb olunduğu bildirlir. Hazırki saatlarda isə Naxçıvanda İranla sərhəddə 150-dən yuxarı yük avtomobili Muxtar Respublikaya buraxılmır.
Teqlər: