Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda - FOTOLAR

  20 Mart 2019    Oxunub : 1181
 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda - FOTOLAR
Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata örə, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.



Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Bayram münasibəti ilə hərbi qulluqçuları təbrik edən Müdafiə naziri onlara sovqatları təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.



Tibb heyəti ilə görüşən Müdafiə naziri hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib. Görüşün sonunda Müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

















Azvision.az

Teqlər: MN   Nazir