Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

   Milli Məclisin növbəti iclasının    vaxtı və gündəliyi
  18 Mart 2019    Oxunub:1655
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.
Azvision.az xəbər verir ki, martın 29 keçiriləcək iclasın gündəliyinə 26 məsələ daxildir.

Bunlar "Hesablama Palatası haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" "Dövlət rüsumu haqqında" "Təhsil haqqında", "Peşə təhsili haqqında" qanunlarına, eləcə də İnzibati Xətalar, Vergi, Əmək məcələllərinə dəyişiklik layihələridir.

Həmçinin, deputatlar yeni hazırlanan "Mediasiya haqqında" qanun layihəsinə də baxacaqlar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   İclas  





Xəbər lenti