Rusiyada azərbaycanlıların işlədiyi bazar bağlandı

Rusiyada azərbaycanlıların işlədiyi bazar bağlandı
  14 Noyabr 2013    Oxunub:1858
Rusiyada inşaat materialları satılan “Kuntsevo – 2” bazarı bağlanıb.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bazarın bağlanmasına səbəb kimi satış qaydalarına əməl edilməməsi göstərilib.
Rusiyanın istehlakçı bazarı və xidməti naziri Yekaterina Semyonova deyib ki, qaydalara əməl olunmadığından bazarı bağlamaq məcburiyyətində qalıblar:

“Rəsmi sənədlərdə satııcıların bazarda necə alver etməli olduğu göstərilib. Buna baxmayaraq yük maşını sahibləri bazarda qeyri-qanuni ticarət edirdi. Hazırda bazara giriş tamamilə bağlıdır. Daha sonra kanteynerlər çıxarılacaq və bazar söküləcək”.

Qeyd edək ki, 45 min kv metr ərazini əhatə edən “Kuntsevo-2” bazarında 420 iş yeri var idi. Adı çəkilən bazarda azərbaycanlılar da çalışırdı.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti