Zakir Həsənovdan yeni rəis təyinatı - ÖZƏL

Zakir Həsənovdan yeni rəis təyinatı - ÖZƏL
  14 Noyabr 2013    Oxunub:1450
Müdafiə Naziri general-polkovnik Zakir Həsənov nazirliyin Kəşfiyyat İdarəsinə yeni rəis təyin edib.
Müdafiə Nazirliyindəki mənbədən AzVision.az-a verilən məlumata görə, Kəşfiyyat İdarəsinə polkovnik İlqar Mazanov təyin edilib.

Qeyd edək ki, bu vəzifəni dünənə qədər general-mayor Rəhim Cəfərov yerinə yetirirdi. R.Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti