Elman Rüstəmov deputatların iradlarına CAVAB verdi

Elman Rüstəmov deputatların iradlarına CAVAB verdi
  13 Noyabr 2013    Oxunub:1437
“XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş iqtisadiyyatımız cari ildə dinamika və sabitlik nümayiş etdirir. Son 10 ildə milli iqtisadiyatımız 3,4 dəfə artıb və 70 milyard ABŞ dollarına çatıb. Bu təkcə neftin hesabına baş verməyib. Bütövlükdə, qeyri-neft sektoru da 3 dəfədən çox artıb”.
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olub:

“2003- cil ildə adambaşına düşən ÜDM 3 min 150 dollar idisə, bu rəqəm cari ildə 11 min dollara çatması gözlənilir. Bu göstərici ilə ölkə son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olub. Bu dövrdə ölkənin tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profistə qədər yüksəlib”.

Sədr onu da qeyd edib ki, strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatıb. “İşsizlik səviyyəsi 5,1 faizə endirilib. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə enib. 3 milyon insan yoxsulluq səviyyəsindən azad olub. Azərbaycan 1563 ölkə arasında yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Dünya bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan dünyada ilk 25-ci sırada qərarlaşıb. Ölkəmiz makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət arasında ilk 8-likdədir”.

“Makroiqtisadi sabitliyin qorunması Mərkəzi Bankın əsas mandatıdır. Mərkəzi Bankın başlıca məqsədi qiymətlərin sabitliyinin təmin olunmasıdır. Cari ilin 10 ayında ölkədə orta illik inflyasiya 2,3 faiz olub və ilin sonuna kimi inflyasiyanın 3,2 faiz olacağı gözlənilir. Qeyri-neft sektorunda 10 faizdən çox artım, yüksək istehlak və investisiya aktivliyi şəraitində inflyasiyanın bu səviyyəsi milli iqtisadiyyatımız üçün olduqca məqbul səviyyədədir. Cari ilin 9 ayında Mərkəzi Bank pul kütləsini tənzimləyərək təxminən 7,3 faiz artıma nail olub. İnanırıq ki, gələn il pul kütləsinin artımı 10 faiz olacaq və bu da anti-inflyasiya siyasətində olduyqca mühüm rol oyanayacaq. Tədiyyə balansının əhəmiyyətli profisitliyi ÜDM-in 16 faiz şəraitində fizikal aktivlik şəraitində manatın daha da yüksək templə bahalaşmasının qarşısı alıb. Bunun üçün Mərkəzi Bank cari ildə valyuta bazarında 2 milyard dollarlıq xarici valyuta alıb” – deyə, Elman Rüstəmov fikirlərinə əlavə edib.

O həmçinin qeyd edib ki, son 10 ildə bank sektorunun aktivləri 24 dəfə artaraq 1 milyard dollardan 24 milyarda çatıb:

“Kreditlər 24 dəfə, bank kapitalı 16 dəfə, əmanətlər 17 dəfə artaraq 6 milyard manatı ötüb. Ölkədə 3 milyondan çox əmanətçi var. Cari ildə sovet dövründən qalan əmanətlərin qayutarılması davam etdirilib. 2013-ci ilin oktyabr ayının əvvəlinə 1,6 milyondan çox əmanət hesabı üzrə 6 yüz milyona yaxın vəsait ödənilib. Cari ildə bank aktivlərinin artımı davam edir. ilin yekunlarında əmanətlərin və kreditlərin təxminən 21-22 faiz artımını gözləyirik, bu da mövcud iqtisadi artımdan təxminən 4-5 dəfə yuxarıdır. Regionlara yönəlmiş kreditlərin həcmi daha da sürətlə artır. Bu rəqəm təxminən 30 faizdən artıqdır”.
Elman Rüstəmov çıxışı zamanı onu da bildirib ki, ötən 10 ildə dövlət büdcəsi 19 dəfə artıb: “Milli iqtisadiyyatımız 3,4 dəfə artıb. Büdcəmiz bu dövrdə milli iqtisadiyyatımızın təxminən 6 dəfə üstələyib. Yeni 10 illikdə iqtisadi inkişaf dinamikası başqa faktorlara arxalanacaq. Bu addım təxminən 17-18 faiz azalma Dövlət Neft Fondunun yığım funksiyasının daim saxlanılmasına sərf etmişik. Əsas məqsədimiz 2014-cü ildə makroiqtisadi sabitliyin qorunub saxlanmasıdır. Biz yenə də 3,5 faiz inflasiyanın aşağı həddində saxlamağı hədəf kimi götürmüşük. Mərkəzi Bankın imkanları var ki, manatın sabitliyi qorunub saxlanılsın. Manat artıq satabillik statusunu qazanıb”.

İpoteka siyasətindən də danışan Elman Rüstəmov qeyd edib ki, bu məsələ həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir: “Bununla bağlı ipetoka strategiyası da hazırlanıb. İpoteka krediti ilə vətəndaşların mənzillə təmin olunması sovet sistemindən miras qalmış ödənilməmiş tələb mexanizmidir. Sovet iqtisadiyyatının da həll edə bilmədiyi məsələlərdən biri də məhz mənzil problemi idi. Bu məsələnin qısamüddətlik həll olunması mümkünsüzdür. İpotekanın xarici dövlətlərdə belə 100 ilə yaxın yaşı var. Dövlət büdcəsində ipoteka kreditləri üçün ayrılan vəsaitləri artırmaq istəyi düzgün deyil. Bu təbii ki, bazar iqtisadiyyatına uyğun olmazdı. İpotekanın formalaşmasında yeni dövrlər, xüsusi bölmə, hətta əhalinin partnyorluğunda görürük. İpotekanın mühüm göstəricilərindən biri də ucuz mənzillərin tikilməsidir. Bunun iki yolu var. Mənzilləri ya dövlət tikə bilər, ya da xüsusi bölməni də stimullaşdıra bilər. Burada da təbii ki, bir çox dövlətlərin təcrübəsindən istifadə olunur. Hökumətlə birlikdə də bu təcrübələri öyrənirik. Xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar da ipoteka kreditləri verməkdə maraqlı olsunlar. Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20-25 illik müddətə verilə bilsin. Biz də həmin pulların mənbələrini axtarırıq. Sosial ipoteka verilən dövlət yardımı tələbatı ödəmir. Bununla bağlı, Maliyyə nazirliyi ilə danışıqlar gedir. Əhalinin öz yığımları hesabına ipoteka kreditləri alması məsələsini də düşünürük. Yaxın vaxtlarda hazır olan strategiyanın müzakirəsinə başlayacağıq”.

İpoteka kreditlərində faiz dərəcələrinin çox olması məsələsinə aydınlıq gətirən mərkəzi bankın sədri deyib ki, bu çox mühüm məsələdir: “Faiz dərəcələrinə daha geniş mənada baxmaq lazımdır. Faiz dərəcəsi bazarda pulun dəyəridir. Hər bir əmtəənin dəyəri var və təbii ki, pul da bir əmtəədir. Azərbaycan bazarında bankların təklif etdiyi faiz dərəcələri də pulun dəyəridir. Faiz dərəcələrinin yüksək olması artıq mifləşib. Sön dövrdə Azərbaycanda bank bazarında istehlak kreditlərinin verilməsi ilə əlaqədardır. Düzdür, faizlər yüksəkdir. Lakin bu narahatçılıq doğurmamalıdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti