Azərbaycan himninin başqa dildə oxunması qadağan edilir

 Azərbaycan himninin başqa dildə oxunması qadağan edilir
  18 Fevral 2019    Oxunub:2814
Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.
Azvision.az xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.

Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.

Qeyd edək ki, layihə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Himn   MM  





Xəbər lenti