Mübariz Mənsimovdan bahalı qonaqlıq -FOTOLAR

Mübariz Mənsimovdan  bahalı qonaqlıq -FOTOLAR
  13 Noyabr 2013    Oxunub:4008
Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə dostları üçün dəbdəbəli qonaqlıq verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaqlıq onun özünə məxsus olan “The Edition” otelində baş tutub. Çoxlu sayda məşhur iş adamının iştirak etdiyi qonaqlıq daha sonra “Cipriani” adlı italyan restoranında davam edib.

M.Mənsimov qonaqlarına kilosu 4 min avroya satılan və Azərbaycandan gətirilən kürü təqdim edib. Menyuda kilosu 2-3 min avro olan yerdombalanı göbələyi ilə hazırlanan `rizotto` da olub. Qonaqlar arasında Trabzonspor futbol klubunun keçmiş prezidenti Sədri Şener, Fənərbaxça futbol klubunun prezidenti Əziz İldırım, Türkiyə millisinin baş məşqçisi Fatih Terim və Rıdvan Dilmən olub.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti