“Babək prospektində yol çökməyib” - Dövlət Agentliyi

“Babək prospektində yol çökməyib” -  Dövlət Agentliyi
  01 Fevral 2019    Oxunub:1613
“Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O, bildirib ki, qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılır.

Qeyd edək ki, bəzi KİV-lərdə Babək prospektində yolun çökməsi ilə bağlı xəbərlər yayılıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Yol  





Xəbər lenti