Naxçıvanda 11 uşaq övladlığa verilib

 Naxçıvanda 11 uşaq övladlığa verilib
  31 Yanvar 2019    Oxunub:1760
Ötən il Naxçıvan Muxtar Respublikasında 10 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, onlara lazımi köməklik göstərilib.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova deyib.

Onun sözlərinə görə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa hədiyyə və sovqatlar verilib, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. 2018-ci il həmçinin muxtar respublikada 11 uşaq övladlığa verilib.

Qeyd olunub ki, uşaqların sağlamlıqlarının qorunması diqqətdə saxlanılıb, 2018-ci ildə sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə olunub. Bununla yanaşı, uşaqların icbari dispanserizasiyası zamanı 21 min 956 uşaq müayinə olunub, 278 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınıb. Eyni zamanda elektron sağlamlıq kartlarına keçid işi daha da yaxşılaşdırılıb, 1457 elektron kart alınıb valideynlərə paylanılıb.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2018-ci ildə 5640 uşaq haqqında fərdi məlumatlar daxil edilib və bu uşaqların sayı 17 min 40 nəfərə çatıb.

Azvision.az


Teqlər: Naxçıvan   Uşaq  





Xəbər lenti