İtaliya mətbuatı Mehriban Əliyevadan yazdı

İtaliya mətbuatı Mehriban Əliyevadan yazdı
  07 Mart 2013    Oxunub:1648
İtaliya mətbuatında Mehriban xanım Əliyevanın "Foskari ailəsinin iki nümayəndəsi" operasının tamaşasında iştirakı ilə bağlı geniş məqalə dərc olunub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İtaliyanın nüfuzlu "İl Messaggero" qəzetinin 7 mart tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Roma Opera Teatrında Cüzeppe Verdinin "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni quruluşda təqdimatına baxması haqqında geniş məqalə dərc edilib.
Məqalədə qeyd olunub ki, Cüzeppe Verdinin ən uğurlu əsərlərindən biri sayılan "Foskari ailəsinin iki nümayəndəsi" operasının dünya səviyyəli maestro Rikardo Mutinin dirijorluq etdiyi yeni quruluşda təqdimatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, İtaliyanın nüfuzlu siyasi-ictimai xadimləri, o cümlədən Roma Opera Teatrının direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniela Traldi, İtaliyanın parlament məsələləri üzrə naziri Dino Piero Giarda, müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, Roma Musiqi Fondunun prezidenti Avrelio Regina və digər tanınmış şəxslər izləyiblər.
Yazıda paytaxt Romanın mədəni həyatında böyük hadisə olan "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni quruluşda təqdimatının tamaşaçıların sürəkli alqışları ilə qarşılandığı xüsusi vurğulanıb.
Məqalənin dərc olunduğu qəzetdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, o cümlədən İtaliyanın nüfuzlu siyasi-ictimai xadimlərinin operada iştirakını əks etdirən fotoşəkillər yerləşdirilib.


Teqlər:





Xəbər lenti