Bakının İçərişəhəri - FOTOREPORTAJ

  28 Yanvar 2019    Oxunub : 5469
Bakının İçərişəhəri - FOTOREPORTAJ
İçərişəhər Bakının ən qədim ərazisidir. Tarix-memarlıq qoruğu olan İçərişəhər qala divarları ilə əhatə olunub. Ərazisi 221 000 m²-dir. Qoruq ərazisində 1300-dən çox ailə yaşayır.
Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşıb, burada sənətkarlıq və ticarət inkişaf edib.

XV əsrdə Şirvanşahların öz iqamətgahını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlayıb.

1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlayıb.

İçərişəhərdə yerləşən Qız qalası və Şirvanşahlar sarayı Azərbaycan memarlığının inciləri hesab olunur. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.





















































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: İçərişəhər   Bakı