Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırır
Onun sözlərinə görə, hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 5 milyard dollar təşkil edir və yaxın zamanlarda bu rəqəmin 10 milyard dollara çatdırılması gözlənilir.
M.İsen qeyd edib ki, Türkiyə Azərbaycanda yalnız iqtisadiyyat sahəsinə investisiya yatırmır: "İki ölkə arasında iqtisadiyyat sahəsində münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur".
Baş katibin sözlərinə görə, öz növbəsində, Azərbaycan Türkiyənin vacib investorlarından biridir: "Belə ki, bu ölkədə Azərbaycan investisiyalarının həcmi 4 milyard dollara çatır".
O bildirib ki, iki ölkənin bir çox strateji, iqtisadi və enerji layihələri var və gələcəkdə ölkələr bu layihələri həyata keçirəcəklər.
Teqlər: