Küləyin daha bir fəsadı - Reklam lövhələri yararsız hala düşdü

  18 Yanvar 2019    Oxunub : 964
 Küləyin daha bir fəsadı - Reklam lövhələri yararsız hala düşdü
Müşahidə edilən küləkli hava şəraiti nəticəsində ölkə ərazsisində reklam daşıyıcılarında yer alan 19 reklamın məzmunu yararsız hala düşüb.
Dövlət Reklam Agentliyindən Azvision.az -a verilən məlumata görə, Bakıda əsən güclü külək nəticəsində 1 reklam qurğusunun aşması faktı qeydə alınıb. Küləyin fəsadları aradan qaldırılıb və bu istiqamətdə işlər davam etdirilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Külək   Reklam