Ötən il cinayət törədən 32 081 nəfər saxlanılıb

  15 Yanvar 2019    Oxunub : 918
Ötən il cinayət törədən 32 081 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, bunu Əlahiddə Çevik Polis Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, nəticədə post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub.

O, qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.

Azvision.az

Teqlər: DİN