Məmmədyarov yenidən Mnatsakanyanla görüşəcək

   Məmmədyarov yenidən Mnatsakanyanla görüşəcək
  14 Yanvar 2019    Oxunub:2500
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 16 yanvar tarixində Parisdə görüş keçiriləcək.
XİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Azvision.az



Teqlər: Azərbaycan   XİN   Ermənistan  





Xəbər lenti