Prezidentdən yeni təyinatlar

  11 Yanvar 2019    Oxunub : 970
 Prezidentdən yeni təyinatlar
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Polad Vəli oğlu Həsənov Naxçıvan Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Qabil Neymət oğlu Məmmədov isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az

Teqlər: